“Atabank” cinayətkar bir bank idi və vəsaitləri xaricə daşıyırdı – Vahid Əhmədov

“Aprelin 27-də Mərkəzi Bank 4 bankın idarəçiliyini özü üzərinə götürüb. Aprelin 28-də isə “Atabank” və “Amrahbank”ın lisenziyasını ləğv edib. İki bank isə hələlik gözləmədədir”.

AKTUAL TV  xəbər verir ki, bunu Milli Məclisin bugün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, bankları bağlamaq yox, birləşdirmək lazımdır: “Ümumiyyətlə, banklarla bağlı dəfələrlə Milli Məclisdə mən və həmkarım Əli Məsimli danışmışıq. Banklarla bağlı qərar alanda əvvəlcə xalqın problemlərini diqqətə almaq lazımdır. Bu iki bankda əmanətlərin təxminən 850 milyon manata yaxını var. Bu vəsait isə dövlət büdcəsi hesabına qarşılanmalıdır. Olmazdı ki, Mərkəzi Bankın rəhbərliyi vaxtında bu bankların sağlamlaşdırılması üçün addım atardı? Niyə bankların birləşdirilməsi ilə bağlı addım atılmır, birbaşa bağlayırlar?”

Deputat həmçinin bildirib ki, “Atabank” cinayətkar bir bank idi və vəsaitləri xaricə daşımaqla məşğul idi: “Amma digər banklarla bağlı alınacaq qərarlar önəmlidir. Bankların daha çox birləşdilməsi və sağlamlaşdırılması ilə bağlı qərar qəbul olunsun”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]