FHN ailə başçısını itirmiş 10 min ailəyə ərzaq yardımı etdi – FOTO

Həssas əhali qruplarının sosial ehtiyaclarının ödənilməsi üçün dövlət tərəfindən müvafiq sosial proqramlar çərçivəsində tədbirlər görülməkdədir. Ayrı-ayrı dövlət və özəl qurumlar tərəfindən bu istiqamətdə mühüm sosial askiyalar geniş vüsət alır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) AKTUAL TV -yə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi də ƏƏSMN ilə əməkdaşlıq şəraitində təşkil etdiyi sosial aksiya çərçivəsində ailə başçısını itirmiş ailələrə dəstəyini göstərib.

Nazirlik tərəfindən Bakı və respublikamızın bölgələrində ailə başçısını itirmiş 10 min belə ailəyə ərzaq yardımı edilib. Ərzaq yardımları həmin ailələrin evlərinə aparılaraq onlara təqdim olunub.

Bu kimi sosial dəstək tədbirləri cəmiyyətimizdə həssas əhali qruplarına diqqət və qayğı ilə yanaşılması kimi yüksək milli-mənəvi dəyərlərə sadiqliyi, eyni zamanda, milli həmrəyliyi özündə təzahür etdirir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]