Kamran Əliyev Baş prokuror oldu

Prezident İlham Əliyevin təqdimatına əsasən, Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.

AKTUAL TV xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında onun Baş prokuror vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Məsələ barəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev məlumat verib.

Ə.Vəliyev qeyd edib ki, Kamran Əliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir.

Müzakirələrdən sonra Baş prokuror vəzifəsinə K.Əliyevin namizədliyi təsdiq olunub.

Qeyd edək ki, Zakir Qaralov səlahiyyət müddəti başa çatdığı üçün vəzifəsindən azad edilib. O, 2000-ci ildən Azərbaycan Respublikasının Baş prokuroru olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]