Koronavirusa yoluxan uşaqların sayı durmadan artır – Xəstəxanalar həyəcan təbili çalır

Son günlər Paris xəstəxanaları həyəcan təbili çalır.

 AKTUAL TV xəbər verir ki, buna səbəb koronavirusa yoluxan uşaqların sayının durmadan artmasıdır.

Bu günədək aparılan araşdırmalar sübut edirdi ki, azyaşlılar virusa yoluxmur, yaxud daha tez qalib gəlir. Lakin təəssüf ki, son günlərin statistikası bu faktı təkzib edir. Xüsusən də ürək və qan-damar problemi olan uşaqlar virusu çox ağır keçirirlər. Uşaq kardioloji mərkəzinin rəhbəri Deniel Bonnenin həmkarlarına ünvanladığı açıq məktubda deyilir:

“Bu virus ürək, ciyərlər və həzm sistemini sıradan çıxarır. Kavasaki xəstəliyini yadınıza salın. Mövcud ağır durum həmçinin Britaniya səhiyyəsində də müşahidə olunur.

Son 3 həftə ərzində Parisdə 25 ağır durumda olan uşaq xəstəxanaya çatdırılıb. Bonne etiraf edirdi, hazırda tək Avropada deyil, Asiyada da eyni durum yaşanır. Xoş xəbər odur ki, uşaq orqanizmi xəstəliyi dəf etməyə qadirdir. Ən böyük təhlükənin ömrü bir neçə saatdan ibarət olur. Lakin xəstə sayı durmadan artmaq üzrədir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]