Vəkillər Mübariz Mənsimovu ziyarət edə bilməyəcəklər?

Türkiyənin Ədliyyə nazirliyi cəzaçəkmə müəssisələrində bütün görüşlərə, ailə-görüş otaqlarından istifadəyə dair qadağanı 15 may tarixinə qədər uzatdı.

AKTUAL TV  Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu qadağaya açıq və qapalı cəzaçəkmə müəssisələrində vəkillərin məhkumlara baş çəkməsi, restoran, sosial və xarici yeməkxana xidmətləri də daxildir.

Məcburi hallarda məhbusların və məhkumların qohumlarının ziyarəti yalnız baş prokurorun qərarı ilə həyata keçirilə bilər. Məlumata əsasən, vəkillər zəruri hallarda, qoruyucu maska və əlcək taxmaq şərti ilə, məhkumlarla görüşə bilərlər.

Qeyd edək ki, “Palmali” şirkətinin prezidenti Mübariz Mənsimov martın 15 -dən İstanbuldakı Silivri həbsxanasında uydurma ittihamlarla saxlanılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]