Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı – STATİSTİKA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 2-nə olan statistik göstəriciləri açıqlayıb.

AKTUAL TV xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 697 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 152 597 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 40nəfər koronavirusa yoluxub, 46 nəfər müalicə olunaraq sağalıb. Ölkədə indiyədək ümumilikdə koronavirusa 1 894 yoluxma aşkarlanıb. Onlardan 1 411-i sağalıb, 25-i ölüb. Hazırda aktiv xəstə sayı 458dir.

Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]