Çovdarovla mübarizə aparmış biznesmen bıçaqlandı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun məhkəmə çəkişməsində olduğu iş adamı Cəfər Səfərov bıçaqlanıb.

AKTUAL TV musavat.com-a istinadən xəbər verir ki, hadisə aprelin 28-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Yavər Əliyev küçəsində baş verib. Qara maskalı şəxslər “Renault” markalı avtomobilini evinin qarşısında park etməyə çalışan 1972-ci il təvəllüdlü Cəfər Səfərova hücum edib. İlkin məlumatlara görə, Cəfər Səfərova hücum edən şəxslər 2 nəfər olub, polis artıq onların izinə düşüb.

Cəfər Səfərov iş adamıdır, 2005-ci ilə qədər xalq arasında “Vasmoy” bazarı kimi tanınan 8-ci kilometr bazarının sahiblərindən olub. Onun adı ölkə mətbuatının gündəminə “MTN işi” üzərindən gəlib. 2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində məlum əməliyyat tədbiri keçiriləndən sonra Cəfər Səfərov və qardaşları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə üz tutublar.

Onlar 2020-ci il ləğv olunan MTN-in sabiq idarə rəisi, məlum olaylarla bağlı həbs edilən və aprelin 6-da əfv olunan Akif Çovdarov və Eldar Mahmudovun müavini Hilal Əsədovdan şikayət ediblər. Sonradan Akif Çovdarova elan olunmuş epizodlardan 2-si məhz 8-ci kilometr ərazisində fəaliyyət göstərən “Maraq-Veqa” şirkətinə məxsus topdansatış bazarının (ərazisi 1,2 hektardır) sahibi olan Səfərov qardaşlarından alınması ilə əlaqədar idi. Bu bazar 2005-ci ildə Akif Çovdarovun şəxsən iştirakı ilə Səfərov qardaşlarından alınıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]