Kürdəmirdə karantin rejimini pozan şəxs həbs olundu

Koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar Azərbaycanda tətbiq olunan gücləndirilmiş karantin rejiminə əməl edilməsinə nəzarət tədbirləri regionlarda da davam etdirilir.

AKTUAL TV xəbər verir ki, bölgələrdə karantin rejiminə əməl etməyən vətəndaşlar barəsində qanuna uyğun tədbirlər görülür.

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gün ərzində mütəmadi reydlər keçirir və karantin qaydalarına riayət etməyənləri inzibati qaydada cərimə edirlər. Qeyd edək ki, təkcə bu gün ərzində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə tətbiq ediblər, 1 nəfər barəsində isə məhkəmə qərarı ilə inzibati həbs tətbiq olunub.

Hazırda polis şöbəsinin əməkdaşları xidmətlərini gücləndirilmiş iş rejimində davam etdirir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]