ASIMDER-dən Mənsimova dəstək: Rusiyadakı ermənilərin oyunudur

Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey Türkiyənin Azərbaycan əsilli vətəndaşı, iş adamı Mübariz Mənsimovun Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında bir mədəniyyət elçisi və aparıcı şəxs olduğunu söyləyib.

AKTUAL TV xəbər verir ki, bunu deyən ASİMDER-in rəhbəri Göksel Gülbey eyni zamanda vurğulayıb ki, Mübariz Mənsimovun Türkiyə sevdalısı olduğu onun bütün sərmayələrini Türkiyə iqtisadiyyatına yatırmasından bəllidir. “Azərbaycan vətəndaşı ikən və dünyanın hər tərəfində sərmayələri olan iş adamı Mübariz Mənsimov, Türkiyəni seçmiş və investisiyalarını idarə etmək üçün məhz Türkiyəni öz şirkətlərinin mərkəzi etmişdir. O, hər fürsətdə erməni lobbisinə və ermənilərə qarşı bəyanatlar verməklə mövqeyini ortaya qoyan, milli duyğuları olan iş adamıdır. İllərdir ki, “bir millət, iki dövlət” anlayışı ilə hərəkət etməyimizə qarşı çıxanlar olsa da, onlar heç nə bacarmadılar. Çünki biz eyni soydan gəlirik. İş adamı Mənsimovun həbs olunması milyonlarla azərbaycanlı kimi bizi də narahat etdi, azərbaycanlı qardaşlarımız bu hadisədən narahat və kədərlidirlər. Çünki Türkiyə düşməni təbliğ edən qrupların əlinə fürsət olaraq keçib. Xüsusilə Rusiya tərəfdarı olan və hələ də köhnə Rusiyanı arzulayan qruplar iş adamı Mübariz Mənsimovun həbs olunması məsələsi üzərində Azərbaycanda Türkiyənin əleyhinə düşmənçilik meydana gətirməyə çalışmaqdadırlar.

Rusiya Xarici İşlər Nazirliyinin diplomatlarının 60 faizinin əslən erməni olduğunu vurğulayan Göksel Gülbey daha sonra bunları deyib: “Türkiyədə erməni diasporuna qarşı fəaliyyət göstərən təşkilatları və bunları dəstəkləyən iş adamlarını susdurmağı qərara alan Rusiya Xarici İşlər Nazirliyindəki erməni əsilli diplomatların 60 faizi bu planı 2020-ci ildə həyata keçirməyə başladı. ASIMDER, Mübariz Mənsimov, İranda keçirilən qondarma soyqırımı aksiyaları, Hollandiyanın Denhaag şəhərindəki dərnək rəhbəri İlhan Aşkın və təşkilatın rəhbərləri 2020-ci ildə nədənsə müxtəlif təqiblərə məruz qaldılar. Bu hadisələr bizi bu sualı verməyə vadar edir: “Görəsən, bu işlərin arxasında Rusiya Xarici İşlər Nazirliyindəki erməni əsilli 60 faiz rus diplomatımı dayanır?” İnşallah, keçirdiyimiz narahatlıqlar düzgün olmaz. Biz Türk ədalətinə güvənirik. Kim nə edirsə-etsin, nəticədə Türkiyənin ədalət orqanlarında haqq öz yerini tapacaq. Rusiyanın Xarici İşlər Naziri Gürcüstan ermənisidir, Rusiyanın Tehrandakı səfiri erməni əsillidir və rus diplomatları haqqında bilmədiyimiz digər faktlar bizi narahat edir. Azərbaycanlı qardaşlarımız rahat olsunlar, heç bir oyuna girməsinlər və Türkiyənin ədalət orqanlarına güvənsinlər. İnşallah, iş adamı Mənsimov mühakimə olunanadək sərbəst buraxılacaq və xəstə valideynlərinin, övladlarının yanına qayıdacaq” – deyə ASİMDER-in sədri Göksel Gülbey bəyan edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]