Lənkəran küçələri belə yuyuldu

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində karantin müddətini mayın 31-ə qədər uzatması ilə bağlı qəbul etdiyi qərardan sonra Lənkəran şəhərində tibbi-profilaktiki tədbirlərin və xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına diqqət daha da artırılıb.

 AKTUAL TV – in məlumatına görə mayın 3-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi texnikaları vasitəsilə şəhərin 35 küçəsi, səkilər, Şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatına aid xidmət təşkilatlarının, Gigeyina və Epidemiologiya Mərkəzinin Lənkəran şöbəsinin texniki avadanlıqları ilə park və meydanlar, çoxmənzilli yaşayış binalarının həyətləri, binaların girişləri və liftləri xüsusi dərman preparatları ilə yuyularaq növbəti dəfə dezinfeksiya olunub.

Mayın 31-ə qədər rayonun bütün yaşayış məntəqələrində mütəmadi olaraq dezinfeksiya işləri və karantin-sanitariya qaydalarının əhali arasında geniş təbliği ilə bağlı izahat işləri davam etdiriləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]