BNA: Bu ay 48 mindən çox cərimə yazılıb, amma rəsmiləşdirilməyib

"Bir həftə əvvəllə müqayisədə paytaxtda nəqliyyat axınının 10-12% güclənməsi müşahidə edilir. Nəqliyyat vasitələrinin xaotik hərəkəti tıxaclara səbəb olur".

AKTUAL TV xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

“Son nəticədə, məsələn, Bakının Yusif Səfərov küçəsində 10-15 avtobusun tıxacda gözlədiyini görürük. Bu isə sərnişinlərin dayanacaqlarda gözləmə vaxtının artmasına səbəb olur”, – o qeyd edib.

V.Kərimli həmçinin deyib ki, mayın 1-dən qanunsuz dayanma və durma hallarına görə cərimələr bərpa olunub və 48 295 cərimə yazılıb: “Lakin bu cərimələr pandemiya dövründə yazıldığı üçün hələ ki, rəsmiləşdirilməyib”.

Xatırladaq ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycanda tətbiq edilən xüsusi karantin rejiminin müddəti bu ayın sonuna qədər uzadılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]