Görkəmli alim vəfat etdi -FOTO

Azərbaycanın görkəmli alimi, Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının keçmiş müdiri, filologiya elmləri doktoru, professor Tofiq Hüseynoğlu vəfat edib.

AKTUAL TV xəbər verir ki, bu barədə yazıçı Vaqif Sultanlı məlumat yayıb.

O bildirib ki, T.Hüseynoğlu Moskvada dünyasını dəyişib.

Qeyd edək ki, Tofiq Hüseynoğlu 1938-ci il aprelin 21-də Ağstafa rayonunun Bəyazatlı (indiki Yuxarı Göyçəli) kəndində anadan olub. 1961-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirib.

1976-cı ildən Bakı Dövlət Universitetinin “Müasir Azərbaycan ədəbiyyatı” kafedrasında işləyib. 121 məqalə, 5 monoqrafiya, 3 kitab (dərslik, şərikli) müəllifidir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]