“Azərbaycan Dəmir Yolları” daha 10 sərnişin qatarı sifariş edib

"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) hərəkət tərkibi parkının yenilənməsi işləri çərçivəsində sifariş olunan, dəyişən cərəyanla işləyən 50 lokomotivdən 21-i artıq ölkəyə gətirilib.

AKTUAL TV xəbər verir ki, bu barədə ADY-nin sədri Cavid Qurbanov bu gün qurumda onun rəhbərliyi ilə keçirilən videokonfrans şəklində kollegiya iclasında bildirib.

Sədrin sözlərinə görə, bu il daha 9 lokomotivin ölkəyə çatdırılması nəzərdə tutulur. 

“Eyni zamanda 20 sərnişin vaqonundan 10-u artıq qəbul olunub, digər 10 vaqonun da cari ildə çatdırılması planlaşdırılır. Əlavə olaraq, Cəmiyyət tərəfindən 10 sərnişin qatarı sifariş edilib”, – o qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]