“Bəzi ictimai şuralar formal xarakter daşıyır” – Azay Quliyev

“Bu gün ictimai nəzarət və onun tətbiqi ən aktual məsələlərdən biridir”.

 AKTUAL TV-ın məlumatına görə bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Azay Quliyev deyib.

“Ölkə başçısı Milli Məclisin ilk iclasında etdiyi çıxışda da ictimai nəzarətin önəmindən bəhs edib. Biz bu gün bu nəzarətin kifayət qədər yüksək səviyyədə həyata keçirilməsindən danışa bilmirik. İctimai şuralar yaradılmalıdır. 33 mərkəzi icra hakimiyyəti orqanının yalnız 11-də belə qurum yaradılıb. Yerli icra hakimiyyəti orqanlarında isə vəziyyət ürəkaçan deyil. Burada vətəndaşlar, ayrı-ayrı qurumlar dediyim qurumların fəaliyyətinə açıq şəkildə nəzarət həyata keçirilə bilər. Bu gün aidiyyəti dövlət qurumları bu şuraların yaradılmasında maraqlı olmalıdır. Bəziləri bu şuraları yaratsa da, bu, formal xarakter daşıyır. Qurumdan qrant alan ictimai şuralar həmin qurumdan asılı vəziyyətdə olacaqlar”, – deyə deputat əlavə edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]