Ermənistanda ata iki uşağı ilə birlikdə özünü 9-cu mərtəbədən atıb

Ermənistanın paytaxtı İrəvan şəhərində ata iki uşağı ilə birlikdə özünü 9-cu mərtəbədən atıb.

AKTUAL TV-nin “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün səhər saatlarında paytaxtda yerləşən binalardan birində qeydə alınıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində 40 yaşlı Karen M., 8 yaşlı oğlan və 5 yaşlı qız uşaqlarının meyitini aşkarlayıblar. 

Hadisə şahidlərinin sözlərinə görə, şəhər sakini övladlarını 9-cu mərtəbədən atdıqdan sonra özünü də binadan atıb. Faktla bağlı araşdırma aparılır. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]