Türkiyədə bu qadağalar götürülür

Türkiyədə karantin rejiminin mərhələli şəkildə yumşaldılması planlarına uyğun olaraq bu gecədən etibarən 7 əyalət arasında gediş-gəliş bərpa olunacaq.

AKTUAL TV xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində deyib. Antalya, Aydın, Ərzurum, Hatay, Malatya, Mersin və Muğla şəhərləri arasındakı gediş-gəliş məhdudiyyəti aradan götürüləcək. Digər 24 əyalətdəki məhdudiyyət isə 15 gün uzadılıb.

Bundan başqa, bərbərxanalar, gözəllik salonları mayın 11-dən etibarən fəaliyyətə başlayacaq. Alış-veriş mərkəzləri də mayın 11-dən müştərilərə xidmət göstərəcək.

Həmçinin, maskaların bazarlarda satışına da məhdudiyyət qoyulmayacaq.

Hərbi xidmətdən tərxis olunma mayın 31-də həyata keçiriləcək. Epidemiya ilə mübarizə aparan xəstəxanaların sayı iyunun 1-dən etibarən azaldılaraq həmin qurumların normal fəaliyyətinə şərait yaradılacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]