Avropa çempionatının oyunlarına alınan biletlərin pulları geri qaytarılır? – AÇIQLAMA

Azarkeşlər mayın 5-dən etibarən futbol üzrə 2020-ci il Avropa çempionatının oyunlarına alınan biletlərin pullarını geri qaytara bilərlər.

AKTUAL TV  xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.

Müvafiq proseduru UEFA-nın rəsmi portalı vasitəsi ilə həyata keçirmək olar. Həmçinin əvvəllər əldə olunan biletlər 2021-ci ildə keçirilməsi planlaşdırılan turnirin oyunlarında da istifadə edilə bilər.

Qeyd edək ki, 2020-ci il futbol üzrə Avropa çempionatının oyunlarının iyunun 12-dən iyulun 12-dək keçirilməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyası səbəbindən turnir 2021-ci ilin yayına keçirilib.

Çempionat 12 şəhərdə, o cümlədən Bakıda keçirilməlidir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]