Bərdə İH-nin keçirdiyi konfrans gülüş hədəfinə çevrildi – FOTO

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirdiyi müşavirə səs-küy yaradıb.

İcra başçısının və digərlərinin videobağlantıya tibbi maska ilə qatılması birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləri bildiriblər ki, belə formada videokonfransın keçirilməsi gülüncdür.

Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi  AKTUAL TV -yə açıqlamasında bildirdi ki, sözügedən videokonfrans barədə sosial şəbəkələrdə gedən müzakirələrdən xəbərdardırlar:

“Videokonfrans mayın 2-də keçirilib. Burada qeyri-adi nəsə yoxdur. Karantin rejimi qaydalarına uyğun olaraq icra başçısı və digərləri videobağlantıya tibbi maska ilə qatılıb”.

Qeyd edək ki, keçirilən videokonfrans rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, Operativ Qərargahın qərarlarından irəli gələn vəzifələr, yerlərdə vəzifə borclarının icrası və təsərrüfat işlərinin gedişinə həsr olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]