Azərbaycanda əmanətlərin sığortalanması faizi artırılıb

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurası, Maliyyə Sabitliyi Şurasının tövsiyyəsi əsasında, Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmaqla 1 iyun 2020-ci ildən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-ə qaldırılması barədə qərar qəbul edib.

AKTUAL TV xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi isə əvvəlki qaydada 2,5% təşkil edir.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqlarını banklar ödəyir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]