Bakıda “Qəbir qazma üsulu” nümayiş olunacaq

Azərbaycan Dövlət “Yuğ” Teatrında Argentina yazıçısı A.B.Kasaresin hekayəsi əsasında hazırlanmış “Qəbir qazma üsulu” tamaşası mayın 21-də onlayn nümayiş ediləcək.

AKTUAL TV xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış yeni tamaşanın quruluşçu rejissoru və tərcümə edəni Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şərif, musiqi tərtibatçıları Ramiq Mehdi və Mələk Vəlizadədir.

Tamaşanın əsas ideyası ondan ibarətdir ki, mənəviyyatlı insan qarşısına çıxan hər hansı bir problemi cinayət yolu ilə həll etməyə cəhd göstərərsə, o, məhvə məhkumdur.

Argentina yazıçısı A.B.Kasaresin fikrincə, cinayətlər törətmiş insanlar bir-birini sevən iki gənc olduğundan, onlar günahlar içində ailəni qoruyub saxlaya bilməyəcək, ailənin dağılması ilə ölümlərinə, sevgilərinin məhvinə səbəb olacaqlar. Yazıçının polisemantik fikri teatrının poetikası üçün çox səmərəlidir. Əsərdə fikirləri birmənalı şəkildə deyil, hər tərəfə yozmaq mümkündür.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]