Bakıda vətəndaşlar karantin qaydalarına məhəl qoymur

Koronovirus infeksiyasının yayılmasının qarşısını almaq üçün xüsusi karantin rejimi tətbiq edilməsinə baxmayaraq metronun qarşısında insan sıxlığı müşahidə olunur.

Hazırda qoruyucu maskadan istifadə etməmək adi hal halıb. Dayancaqlarda ara məsafəsinə əməl etməyənlər, heç bir səbəb olmadan hətta uşaqları ilə birgə çölə çıxanlar sanki ölkədə pandemiyanın başa çatdığını düşünürlər. Amma xüsusi karantin rejimi qaydasını pozan vətəndaşlar polis əməkdaşlarının gözündən yayına bilmir.

AKTUAL TV -ın məlumatına görə, icazə almadan çölə çıxan bəzi vətəndaşlar özlərinə haqq qazandırmaq üçün polis əməkdaşlarına müxtəlif bəhanələr gətirir.

Ölkədə xüsusi karantin rejiminin yumşaldılmasından istifadə edən bəzi vətəndaşlar, xüsusən də ictimai yerlərdə virusdan qorunmaq üçün tələblərə riayət etmirlər.

Vətəndaşlardan zərurət olmadan evdən çıxmamaq, ictimai yerlərdə sosial məsafəni qorumaq tələb olunsa da, buna məhəl qoyanlar azdır.

Bir daha xatırladaq ki, polis xüsusi karantin rejimi qaydalarını pozan hər bir şəxsi 100 manat miqdarında cərimə edir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]