Buraxılış imtahanları ilə bağlı BU DƏYİŞİKLİKLƏR olacaq – RƏSMİ

İyun ayında 9-cu sinif buraxılış imtahanlarının bir mərhələdə keçirilməsi planlaşdırılır.

AKTUAL TV xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

DİM sədri bildirib ki, Bakı, Şirvan və Naxçıvanda I mərhələ keçirildiyinə görə digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər: “Bu mərhələ üzrə maksimal bal 70 deyil, 100 bal olaraq hesablanacaq”.

DİM sədri deyib ki, 11-ci sinif buraxılış imtahanlarının da iyun ayı ərzində təşkil edilməsi planlaşdırılır.

Onun sözlərinə görə, Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq: “İmtahana buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdirilir. Buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur”.

O bildirib ki, məzunlar buraxılış imtahanında əvvəlki illərdə olduğu kimi hər fənn üzrə maksimum 100 bal toplaya bilərlər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]