Külək Mingəçevirdə fəsadlara yol açdı

Yağışla müşayiət olunan qısamüddətli külək Mingəçevirdə bir sıra fəsadlara yol açıb.

AKTUAL TV -nin məlumatına görə, küləyin təsirindən şəhərin bir sıra istiqamətlərində bəzi ağaclar və ya ağacların iri budaqları sınaraq avtomobil və piyada yoluna düşüb.

M.P.Vaqif küçəsində gövdəsindən qopan ağac yolu kəsib. M.Maqomayev küçəsində kökü yerdən ayrılan iri çinar piyada və nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaradıb. Ağac təsərrüfat qurumu tərəfindən ərazidən götürülüb.

Eyni zamanda, bir sıra istiqamətlərdə, o cümlədən Günəşli yaşayış massivi ərazisində elektrik enerjisinin ötürülməsində fasilələr yaranıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]