Azərbaycanda bu vəzifələr LƏĞV EDİLDİ

Milli Məclis Aparatında struktur islahatları çərçivəsində yenidən təşkil edilən İşlər müdirinin xidmətində iki müavin vəzifəsi ləğv edilib.

AKTUAL TV Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, struktur islahatlarına qədər İşlər müdirinin 3 müavini olub.

Struktur islahatlarından sonra İşlər müdirinin iki müavini vəzifəsi ləğv edilib.

Beləliklə, yenidən İşlər müdiri təyin edilmiş Firudin Hacıyevin yeganə müavini Kamran Məmmədovdur. K. Məmmədov struktur islahatlarına qədər də İşlər müdirinin müavini olub.

Xatırladaq ki, struktur islahatlarından əvvəl İşlər müdirinin digər müavinləri Şadət Nağıyev və Fazil Səfərəliyev olublar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]