Metronun yeni stansiyaları nə vaxt açılacaq?

Metronun yeni stansiyaları nə vaxt açılacaq?

AKTUAL TV xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov Operativ Qərargahın brifinqində deyib: “Yaxın zamanlarda yeni stansiyalar istifadəyə veriləcək. Metropolitenin tikintisində istifadə olunan avadanlıqlar ölkəyə gətirilib. İnşaat işləri bitib”.

O əlavə edib ki, insanların maska taxmaması metro səlahiyyətlərinə daxil deyil: “Biz sərnişinlərə maska taxmaları ilə bağlı xəbərdarlıq etmişik. Metropoliten 25 stansiyadan ibarətdir və 15-dək aptek var. Əlavə olaraq metropolitendə səyyar maska satışı həyata keçiriləcək. Biz “Zeytun” aptekə də müraciət etdik, apteklər səhər saat 6-da açılsın. Eyni zamanda, sərnişinlərin maska əldə etməsində çətinlik yaranmaması üçün tapşırıqlar verilib”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]