Mübariz Mənsimov: “O gün çox yaxındadır”

“Palmali” şirkətinin prezidenti Mübariz Mənsimov Şuşanın Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmasının 28-ci ildönümü ilə bağlı paylaşım etdi.

Mübariz Mənsimov statusunda bunları bildirib: “8 may 1992-ci il. Bu tarix əbədi olaraq tariximizə qanlı hərflərlə yazılıb. Bu gün 28 ildir qədim tariximizi özündə yaşadan, Azərbaycan xalqının ürəyi olan gözəl Şuşamızın ermənilər tərəfindən işğalından 28 il ötür. Bu qədər müddətdir ki, Şuşa məhbusdur, yadellilərin tapdağı altındadır. Amma mən nəinki ümidimi itirmirəm, mən əminəm ki, Azərbaycan xalqı Şuşanı azad edəcək. Şuşamız azad olunan gün Yuxarı Gövhər Ağa məscidində azan oxunacaq, Cıdır düzünə qayıdan bülbüllərin sədaları altında əzəmətli Şuşanın xanəndələri yenidən aləmə sülhün və insanlığın gözəlliklərini car çəkəcəklər. O gün çox yaxındadır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]