Ulu öndərə həsr olunmuş SƏRGİ AÇILACAQ

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn sərgi keçiriləcək.

AKTUAL TV  xəbər verir ki, sərgidə Heydər Əliyevin Azərbaycan xalqının taleyində, ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən, eyni zamanda, dahi şəxsiyyətin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatındakı hadisələri əks etdirən, ümummilli liderin incəsənət xadimləri ilə birgə fotoları, Heydər Əliyevin rəssamlar tərəfindən müxtəlif texnika və üslubda işlənmiş əsərlər sərgilənəcək.

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir. Virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]