AKTUAL TV xəbər verir ki, bu fikirləri “Bakı Metropoliteni” QSC sədr müavini Hidayət Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, Metropolitendə mayın 31-dək bütün tövsiyələrə əməl olunacaq: “Sərnişinlərin yoxlanılaraq içəri buraxılmasında əlimizdən gələni edəcəyik. Metropolitendə çıxışlara məhdudiyyət məsələsi olmayıb. Yalnız girişlərdə məhdudiyyət qoyulur və bu sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. 8-12 saat ərzində çalışan metropoliten əməkdaşlarının sağlamlığı da sərnişinlərin davranışından asılıdır”.