Çimərlikdə koronavirusa yoluxa bilərsiniz? – Alimlər AÇIQLADI

Dənizdə, hovuzda çimərkən və ya spa salonlarında koronavirusa yoluxma riski çox azdır.

AKTUAL TV-yə bu barədə İspaniya Elmi Tədqiqat Ali Şurası (CSIC) alimlərinin tapıntılarına istinadən xəbər verir.

Tədqiqatın nəticələrinə görə, dəniz suyunun tərkibində duz var və bu, ehtimal ki, ona yoluxma riskini azaldır. Hovuzlarda, spa salonlarında dezinfeksiyaedici maddələr istifadə olunur ki, bu da virusun deaktivasiyasına kömək etməlidir. Bundan əlavə, saunalar və hamamlar 60 dərəcədən yuxarı olan temperatur ilə xarakterizə olunur. Odur ki, salonlarda olan mühit virusun yaranmasına mane olur.

Eyni zamanda, araşdırma müəllifləri xəbərdarlıq edib ki, duzsuz və təmizlənməmiş su hövzələrində yoluxma riski daha yüksəkdir və ziyarət zamanı müvafiq tədbirlər görülməlidir.

Son məlumatlara görə, dünyada qeydə alınan koronavirus infeksiyası hallarının sayı dörd milyonu keçib. Ümumilikdə 275 mindən çox insan pandemiya nəticəsində ölüb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]