Mənsimov bu tarixdə azadlığa çıxacaq

Mübariz Mənsimov iyun ayının sonuna qədər azadlığa buraxılacaq.

AKTUAL TV xəbər verir ki, bu sözləri məşhur astroloq Səbuhi Rəhimli rəsmi Yutub kanalından yayımladığı “Gecə söhbətləri” buraxılışında azərbaycanlı iş adamı Mübariz Mənsimovun həbsi ilə bağlı danışarkən deyib.

Astroloq qeyd edib ki, may-iyun ayları ərzində Mübariz Mənsimov həbsdən azad ediləcək və iyul ayından artıq işinin başında olacaq.

Qeyd edək ki, Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov bu il 15 martda Türkiyə polisi tərəfindən saxlanılıb, 17 martda isə barəsində istintaq müddətində həbs qətimkan tədbiri seçilib.

O, FETÖ ilə əlaqədə şübhəli bilinir.

M.Mənsimov isə bu iddiaları qətiyyətlə rədd edir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]