“Anneler günün kutlu olsun”. Mubariz Gurbanoğlu.

Bu gün Türkiyə "Anneler gününü" qeyd edir. Ötən gün axşam isə "Palmali" rəsmisi Fidan Quliyevanın yaşadığı mənzilin qapısı döyülüb. Bundan sonra o, bu sətirləri yazıb.
  • 10/05/2020
  • 08:47

“Anneler günün kutlu olsun” Mubariz Gurbanoğlu.
Axşam qapıma gələn bu çiçək ürəyimə iynə kimi batdı. Elə batdı ki, o ağrını hələ də hiss edirəm… Yandırdı məni… Məhv etdi.. Göz yaşlarıma hakim ola bilmədim… Bu çiçəyi, bu diqqəti, bu məktubu Mübariz bəydən bu gün gözləmirdim, hec gözləmirdim. Amma təxmin etməli idim.

Bunu yalnız o edə bilərdi. Zümrüd ananın oğlu Mübariz Qurbanoğlu. Diqqəti diqqət çəkəcək qədər, ürəyi adı qədər böyük insan… Fəxrimiz, qürurumuz, Mübarizimiz…

Heç nə unutmaz, unutsaq da bərk əsəbləşərdi. Hər zaman diqqəti və jestləri ilə seçilən Mübariz… İnsan həyatını dəyişdirə biləcək qədər böyük jestlər. Kiminsə həyatını, kiminin isə işini qurtarardı. Hec bir qarşılıq gözləmədən. Sevir o belə jestləri və elə bu səbəbdən də çox sevilir. Diqqət etdiyi qədər də diqqət sevər.

O bir otaqlı, boz, soyuq məhbus həyatını yaşayıb, bizi-anaları düşünməsi məni qəhərə boğur. Dərdə salır. Bu çiçəkdən Zümrüd anaya da gedib şübhəsiz. Onu mən heç təsəvvür edə bilmirəm.. Zümrüd anaya bu çiçək yox, oğulu, canı, həyatı olan Mübarizi ən böyük hədiyyə olardı.

Bu çiçəyi qarşıma qoyub baxaraq düşünürəm, biz axı analar heç nə edə bilmirik. Amma bunu bilirik ki, anaların duaları hər zaman qəbul edilir. Gözəl analar! Bayramınız mübarək! Gəlin dualarımızı Mübariz üçün edək. Hədiyyəmiz onun sağlığı və azadlığı olsun!!! Dualarımız səninlədir, Mübariz İnsan!!!

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2020 Aktual TV. Müəllif hüquqları qorunur.

  • Aktual Xəbər
  • Azərbaycan Həqiqətləri
  • Diaspora
  • Aktual Layihə
  • Aktual TV
  • Aktual Mövqe
  • Sizdən Xəbər

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]