Azərbaycanlılar bu dəfə İstanbulda karantini pozdular

Türkiyənin İstanbul şəhərində karantin qaydalarını pozan 3 azərbaycanlı saxlanılıb.

 AKTUAL TV  xəbər verir ki, polis küçəyə çıxma qadağasının olmasına baxmayaraq, maska taxmayan 3 nəfərin Taksimdəki İstiqlal küçəsində gəzdiyini görüb.

Həmin şəxslərdən biri polisə Azərbaycandan gəldiyini və iki qonağını gəzdirmək üçün küçəyə çıxdığını bildirib.

İstanbul polisi karantin qaydalarını pozan azərbaycanlıların hər birinə 3150 lirə cərimə yazıb. Buna etirazını bildirən azərbaycanlı polislə mübahisə etməyə başlayıb. Nəticədə asayiş keşikçiləri onu Taksim Polis Şöbəsinə aparıblar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]