Koronavirusa yoluxma sayı artdığı üçün karantin rejimi sentyabra qədər uzadılır?- AÇIQLAMA

Azərbaycanda son iki gündə koronavirusa yoluxanların sayı artıb. Əgər ölkə ərazisində koronavirusa yoluxanların sayında bu temp yenə də müşahidə edilsə, karantin rejimi sentyabra kimi uzadıla bilərmi?

AKTUAL TV sonxeber.az-a istinadla xəbər verir ki, bununla bağlı danışan deputat Azər Badamov bildirib ki, son bir neçə gündür ki, ölkəmizdə koronavirusa yoluxanların sayı artmaqdadır: “Bunun əsasında ilk növbədə karantin rejiminə bəzi vətəndaşların məsuliyyətsiz yanaşması dayanır. Biz bilirik ki, karantin rejimində yumşalamalar həyata keçirilib. Baxmayaraq ki, karantin davam edir, bəzi insanlarda sanki pandemiya bitmiş kimi təsəvvür formalaşıb. Tətbiq olunan qaydalara əməl etmir və həm özü xəstəliyə yoluxur, həm də ətrafdakıları üçün təhlükə mənbəyinə çevrilir. Vəziyyət belə davam edərsə təbii ki, karantin qaydalarının daha da sərtləşdirilməsinə ehtiyac yaranacaqdır. Karantin rejimi isə koronavirusa qarşı peyvənd yaranana qədər davam edəcəkdir. Bu iki ay da ola bilər, ilin axırına qədər davam edə də bilər. Biz nə vaxt karantin bitəcəyi fikri ilə yox, yeni vəziyyətə uyğun yaşamağı öyrənməliyik. Bu, gündəlik mütləq şəkildə tibbi maska geyinmək, şəxsi gigeyenik qaydalarına əməl etmək və sosisal məsafə gözləməkdən ibarətdir. Əgər hamı bu tələblərə riayət etsələr, koronavirusun yayılmasını minimuma endirmək mümkündür”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]