Qubada yaşayış evi külə döndü

Quba rayonunda yanğın olub.

 AKTUAL TV “Report”a istinadən məlumat verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qam-qam kəndində, Elçin Məhəmməd oğlu Vəliyevə məxsus birmərtəbəli, 3 otaqlı fərdi yaşayış evində baş verib.

Belə ki, 6 nəfərlik ailənin yaşadığı ev əşyaları ilə birgə tam yanıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisə yerinə gələn Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ailəyə hər cür yardım göstəriləcəyini bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]