AKTUAL TV Rusiya mediasına istinadən xəbər verir ki, hazırda Koçaryanın vəziyyəti normaldır və o, həkimlərin nəzarti altındadır. Bununla belə, əməliyyatın keçirilməsi səbəbləri gizli saxlanılır.
Qeyd edək ki, 2019-cu ilin oktyabrında Koçaryan daha bir əməliyyat keçirmişdi.
Nikol Paşinyan Ermənistanın baş naziri olduqdan sonra Robert Koçaryan ölkənin konstitusiya quruluşunu devirmək və 2008-ci il 1 mart qanlı hadisələrini təşkil etmək ittihamları ilə 2018-ci ilin iyul ayında həbs olunub.