Peşə məktəblərinə qəbul avqustda keçiriləcək

Peşə təhsil müəssisələrinə qəbulun avqust ayında keçirilməsi planlaşdırılır.

Təhsil Nazirliyindən  AKTUAL TV -yə verilən məlumata görə, peşə təhsili müəssisələrində ümumi təhsil fənləri üzrə təhsilalanların attestasiyası fevral ayında yekunlaşıb. İxtisas (sınaq) istehsalat işinin qiymətləndirilməsi və dövlət buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulmur.

Qiymətləndirmə təhsilalanın əvvəlki dövr ərzində nailiyyətləri əsasında aparılır. Qiymətindən narazı qalan təhsilalanlar üçün avqust-sentyabr aylarında buraxılış imtahanları keçirilə bilər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]