“Elçibəy olmasaydı, Xalq artisti adı ala bilməyəcəkdim” – Flora Kərimova Mədəniyyət Nazirliyindən yazdı

“Millət, bəsdir, bu fürsətgir, kütləyə rəvac verməyin, kor-koranə ev yıxıb, kiminsə acığını kimdənsə çıxsınlar."
  • 13/05/2020
  • 11:06

İnsanlığın ən böyük faciəsi odur ki, bir fitə sürüyə dönür! Bu gündən sonra məni nə döyənəklə, nə də qadağalarla qorxutmaq olar. On üç yaşımdan anamın əlimdən tutub səhnəyə çıxardığı bu günümə kimi riyakarlıq görmüşəm. O vaxt sovetin azğın canavarlarından qorxmamışam. Bu gün də məni 79 yaşımda nə satın almaq olar, nə də qorxutmaq! Bu sənətdə getdiyim yolun yarısının yüzdə birini gedə bilən yoxdur, olmayacaq da…

AKTUAL TV xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova sosial şəbəkədə yazıb. O, çətinliklə fəxri ad aldığını xatırladıb:

“1989-cu ildə Bəxtiyar Vahabzadə, Bayram Bayramov, İsmayıl Şıxlı, Süleyman Ələsgərov, (5-ci şəxsin adını xatırlaya bilmədiyim üçün ruhu məni bağışlasın) Vəzirovun kabinetində mənə birbaşa Xalq artisti adının verilməsinə görə davaya çıxdılar. 48 yaşımda mənə zülmlə, zillətlə əməkdar adını “qopartdılar” (sözümə görə üzr istəyirəm). Halbuki, o illərdə ayaqlar çoxdan baş olmuşdu. Mən bugünkü gün bütün estradanın borclu olduğu (Rəşid Behbudov, Mirzə Babeyev) sonuncu və yeganə qadın sənətkarıyam! 92-ci ildə Əbülfəz Elçibəy mənə Xalq artisti adı verməsəydi, elə Əməkdar adında da qalacaqdım. Hətta, bu halda da mən ehtiyacın köləsi olmazdım! Düşünürsüz, o qədər aciz və ağılsız oldum ki, Fəxri Xiyaban iddiasında olanlar kimi, o şöhrətə, imarətlərə gedən yolun qapısını tanımadım? Mən o insanam ki, qapılardan əyilib keçməmişəm. Məddahlığı şənimə ar bilmişəm! Malım-mülküm, bugünkü rifahım ailəmin, övladlarımın rifahıdır. Dilənib, satqınlıq və xəbərçilik edib kimisə gözdən salıb, özümə gündəm qazanmamışam. Bu həyatımı boşuna yaşamadım ki, kimsə məni haqq olan sözümə görə araşdırmadan linç eləsin”.

Xalq artisti daha sonra Mədəniyyət Nazirliyinin haqsız yerə verdiyi fəxri adlardan da bəhs edib. O rejissor Şeyx Əbdülün “rüşvət alıb ad veriblər” sözlərinə də münasibət bildirib:

“Kimlərəsə “ad” verdilər… Bəli, verdilər! Yerli-yersiz, sənəti olana da, olmayana da necə gəldi, kimə gəldi, verdilər o adları. Mən də narazıyam! Bu tam başqa mövzudur. Kiminsə çörəyinə bais olum, fürsətcilik edim? Kimdənsə xoşum gələ bilər, kimləsə düşmənçiliyim ola bilər, amma mən o vicdanın yiyəsi deyiləm, ədavətimin sərhədindən kənarda da ondan intiqamımı alım.

Şeyx Əbdül, “rüşvət alıb ad veriblər” deyə intervü vermisiz. Deyən gərək, sizə də 2018-ci ildə xalq artisti adı verdilər. Sizdən də rüşvət aldılar, aldılarsa, kim və nə qədər? “Adlarla” bağlı narazılığ məqamlarınızda etirazlarınızla alıb-verənləri ifşa edib, imza toplaya bilərdiz. Bunu etmədiniz. Nazirlikdən o adın təsdiqlənməsinə kimi uzun bir zəncir var, bunu bilirsiz. Bu məqamların nazirlikdən nə dərəcədə asılı olmağını da yaxşı bilirsiz. Son imzaya kimi nə qədər imzalardan keçdiyini də hamıdan dəqiq bilirsiz! Təəccüb edirəm sadəcə, nazirlik o günə qaldı ki, ildə 20 nəfərə ad veməklə dolanası oldu? Nə yazdığınızı heç düşünürsüz? Tör-töküntülər rüşvət alırsa… vay hallarına! Mənim nə nazirlikdən, nə onun böyüyündən asılacağım var. Mən bu şəraitdə nə nazirin, nə rüşvət alanın, nə də rüşvət verənin tərəfini tuturam. Mən, topuğa belə dəyməyən daşı arxadan atanların əleyhinəyəm! Məlumatı oldu, olmadı, nəsə yazmaq xatirinə söz yazanlar, özünü ağıllı və başbilən göstərmək, qeybət eləmək kişilikdən deyil”.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2020 Aktual TV. Müəllif hüquqları qorunur.

  • Aktual Xəbər
  • Azərbaycan Həqiqətləri
  • Diaspora
  • Aktual Layihə
  • Aktual TV
  • Aktual Mövqe
  • Sizdən Xəbər

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]