Mübariz Mənsimov: “Bütün dünyaya sübut etdik…”

Türkiyənin İstanbul şəhərindəki Silivri həbsxanasında uydurma ittihamlarla saxlanılan “Palmali” şirkətinin prezidenti, Azərbaycanlı iş adamı Mübariz Mənsimov COVİD-19-la mübarizə məsələsinə dair paylaşım edib.

AKTUAL TV xəbər verir ki, Mənsimov paylaşımda bunları yazıb:

“Əziz qardaşlar, bacılar

Buradan, Silivri Həbsxanadan Türk Dövlətimizi təbrik edirəm. Bir zamanlar Avropa Birliyinə üzv qəbul etmək istəmədiyiniz Türkiyənin nə qədər güclü və qüdrətli olduğunu, xüsusilə bu koronavirusla mücadilədə bütün dünyaya bir daha sübut etdik. Hal-hazırda hökumətin son 18 ildə səhiyyə sahəsinə etdiyi yatırımların bəhrələrini yığırıq. Vətəndaşlarımızı xarici ölkələrdən təyyarə ilə məmləkətimizə gətiririk. Mən hesab edirəm ki, bu koronavirus məsələsində biz, Türkiyə olaraq, hər kəsdən daha yaxşı imtahandan keçdik. Dövlətimizin başçısının rəhbərliyi ilə səhiyyə naziri cənab Fahrettin Kocanın mübarizəsini təbrik edirəm. Biz Türkiyə xalqı böyük və qüdrətliyik. İnşallah, bu koronavirusdan bütün dünya qurtulacaq.

Hamınızı bağrıma basıram.”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]