“Kobra” Pərvizi Azərbaycana BURAXMADILAR

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında "Kobra" ləqəbli kik-boks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev Bakıya gəlməli idi.

AKTUAL TV xəbər verir ki, saat 12:00-da Bakıya enməsi nəzərdə tutulan təyyarənin gəliş təxirə salınıb.

Bildirilib ki, Azərbaycan sözügedən reysi qəbul etmədiyindən reys təxirə salınıb. Belə görünür ki, “Survivor” iştirakçısı azərbaycanlı Pərviz Abdullayev hazırda İstanbuldadır. 

Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “TV 8”-in rəhbəri, aparıcı Acun İlıcalıya təşəkkür edib. O, sosial şəbəkədə Dominikan Respublikasından təyyarənin havaya qalxdığı görüntünü yayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]