“Bu şəxslər cəmiyyət adından danışa və onun hörmətini qazana bilməzlər” – DEPUTAT

“Bu insanlar adi demokratiya qaydalarını, başqalarına hörmət etməyi bilmir və cəmiyyəti parçalamağa cəhd edirlər”.

Bunu AKTUAL TV -yə açıqlamasında Milli Şuranın “Zoom” üzərindən onlayn həyata keçirdiyi konfransı təhlil edən deputat Aydın Mirzəzadə bildirib.

Deputat qeyd edib ki, Milli Şuranın keçirdiyi onlayn konfrans barədə məlumat verməməsinin əsas səbəbi o görüntülərdən sonra məlum oldu:

“İlk dəfədir ki, Milli Şuranın iclası haqqında açıq, müfəssəl məlumat yayılır. Özlərini demokratik şəxslər hesab etsələr də, daxili mətbəxləri haqqında məlumat verməkdən çəkinirlər. Həmin konfransdan belə məlum olur ki, bunlar ölkə qarşısında duran ciddi problemlər, insanların hüquq və azadlıqlarının qorunması ilə bağlı öz təkliflərini vermək əvəzinə sadəcə olaraq bazar dedi-qodusu ilə məşğuldurlar. Söylədikləri fikirlər, ayrı-ayrı təşkilatlar və şəxslər haqqında işlətdikləri ifadələr insanda təəccüb oyadır. Onların fikirləri nə demokratiyaya, nə hüquqa, nə də adi insan anlayışlarına uyğun gəlir. Hakimiyyəti qoyaq bir kənara, öz opponentləri haqqında təhqiredici, aşağılayıcı fikirlər söylənilməsi, heçə sayılması onların siyasi mədəniyyətini göstərir.

Aydın məsələdir ki, belə bir yanaşma ilə onlar cəmiyyətdə heç vaxt nüfuz qazana bilməzlər. Bundan əlavə, bu düşüncə ilə tərəfdar toplamaları da mümkün deyil. Məlum görüntülərdən sonra onlar olan-qalan nüfuzlarını da itirdilər. İndi məlum olur ki, iclasları və müzakirələri haqqında niyə açıqlama vermirlər. Özləri də hiss edirdilər ki, onların dedi-qoduları artıq mənfi fikir formalaşdırmağa xidmət edir. Bu şəxslər cəmiyyət adından danışa və onun hörmətini qazana bilməzlər”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]