AKTUAL TV xəbər verir ki, bu barədə müsabiqə təşkilatçıları qərar qəbul edib.
Bu gün isə Azərbaycan təmsilçisi Samirə Əfəndi “Kleopatra” adlı mahnısı ilə 65-ci Beynəlxalq “Eurovision” mahnı müsabiqəsinin “Eurovision: Europe Shine A Light” xüsusi onlayn şousunda iştirak edib.
Onlayn şou əvvəlcədən planlaşdırılan “Avroviziya 2020” finalının əvəzinə yayımlanıb.
Şou 46 ölkədə, o cümlədən “Avroviziya” mahnı müsabiqəsinin milli yayımçısı olan İctimai Televiziyada (İTV) canlı yayımlanıb. Şərhçi məşhur ifaçı, bəstəkar, teleaparıcı və şoumen Murad Arif olub.
Samirə Əfəndi ölkəmizi “Eurovision 2021″də də təmsil edəcək.










