Mənsimovun dəstəyi erməni diasporunu ciddi narahat edib

Türkiyədəki erməni diasporunun gizli fəaliyyətlərinə qarşı fəal mübarizə aparan ASİMDER təşkilatı və iş adamı Mübariz Mənsimovun buna dəstək verməsi erməniləri ciddi şəkildə narahat edib.

AKTUAL TV Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Əsassız Erməni İddialarına Qarşı Mübarizə Beynəlxalq Birliyinin (ASİMDER) rəhbəri Göksel Gülbəy bildirib. Ermənilərin Rusiya Xarici İşlər Nazirliyinin vasitəsilə Türkiyədə istədikləri əməlləri etdiklərini deyən ASİMDER-in rəhbəri bunları vurğulayıb: “1915-ci il hadisələrinin “soyqırımı” kimi təqdim edilməsinə qarşı çıxış edən, Azərbaycanın işğal edilmiş Qarabaş bölgəsi ilə bağlı maddi və mənəvi fəaliyyətlər göstərən təşkilatlar və iş adamları var. Ermənistan və Rusiyadakı erməni diasporası Türkiyədəki dayaqları vasitəsilə əsassız iddialar və ittihamlarla onları neytrallaşdırmağa çalışır. 2002-ci ildə yaradılan ASİMDER bütün platformalarda erməni diasporunun ölkəmizə və millətimizə qarşı irəli sürdüyü iftira və yalanlarla mübarizə aparıb. Türkiyənin Şərqi Anadolu və Cənub-Şərq bölgələrində ermənilərin əsassız torpaq iddialarına və “Qərbi Ermənistan” adlandırdıqları bölgədəki fəal işimiz erməni diasporunun planlarını və oyunlarını pozdu. İş adamı Mübariz Mənsimov bu məsələdə, həmçinin Azərbaycanın Qarabağ bölgəsinin işğalı mövzusunda daim narahatlığını ifadə edib və buna son qoyulması üçün maddi və mənəvi dəstək göstərib. Bu, Azərbaycanın daxilindəki Rusiyameyilli qrupıları narahat edib.

Göksel Gülbey daha sonra əlavə edib: “Türkiyənin ədalətinə güvənimiz sonsuzdur, haqqımızda əsassız və yetərsiz ittihamlar irəli sürülüb. Əminik ki, nəticədə hər şey anlaşılacaq. Vətənini və millətini sevən, onun uğrunda mübarizə aparan təşkilatlar və iş adamları Türk ədalətinin vicdanına güvənir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]