Mübariz Mənsimova qarşı irəli sürülən ittihamlar sübuta yetirilmədi -VİDEO

“Palmali” şirkətinin prezidenti, azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun barəsində açılan cinayət işi üzrə prokurorluq tərəfindən hazırlanan ittihamnamə, dəlil tapılmaması səbəbindən 27-ci Ağır Cəza Məhkəsinə göndərilib.

Bu barədə AKTUAL TV məlumatlı mənbələrdən xəbər alıb. Ekspert hüquqşünaslar hesab edirlər ki, cinayət işinin məhkəməyə göndərilməsi, əslində, gözəl xəbər sayılır, çünki, bir tərəfdən, cinayət işi ilə tanış olmaq imkanı yaranacaq, digər tərəfdən, Mübariz Mənsimov öz hüquqlarını məhkəmə qarşısında müdafiə edə biləcək. Çünki, indiyə qədər Mübariz Mənsimovun nə müdafiəsi alınırdı, nə prokurorla görüşlər baş tuturdu, nə də cinayət işi ilə tanış olmaq mümkün idi. Yəni, verilən təlimatlar əsasında işlər görülürdü.

Son iki ay yarım ərzində vəkillər iki qovluq həcmində müraciətlər veriblər ki, bunlarda Mübariz Mənsimovun günahsız olduğu tam göstərilir. Amma bunlara rəğmən, prokuror heç bir dəlil-sübut tapa bilməyib. Əgər dəlil tapılmış olsaydı, Mübariz Mənsimovun barəsində birbaşa qərar verilərdi. Lakin bu, baş vermədi. Yəni, prokuror ittihamnaməni hazırlasa da, məhkəməyə deyir ki, mən heç bir dəlil tapa bilmədim, siz tapın. Qeyd edək ki, Türkiyənin cəza qanunlarına əsasən, prokuror ittihamnaməni hazırlayana qədər, başqa sözlə, dəlillər toplayana qədər iki il Mənsimovu həbsdə saxlamaq səlahiyyətinə malik idi.

Cinayət işi prokurorluqda gizli olduğu kimi, məhkəmə də bu işi gizli şəkildə araşdırmalı və sonda məhkəmə günü təyin etməlidir. Bu günün təyin edilməsi sabah, 1 həftə, 1 ay sonra da baş verə bilər. Alınan məlumatlara görə, məhkəmə gününün iyul ayına təyin ediləcəyi gözlənilir. Ümumiyyətlə, məhkəmənin keçirilməsi yaxşı hal kimi qiymətləndirilir, çünki belə olan halda cinayət dosyesi artıq açıq olacaq və Mübariz Mənsimovun nədə ittiham olunduğu üzə çıxacaq. Digər tərəfdən, artıq hamıya məlum olacaq ki, irəli sürülən ittihamların heç biri sübuta yetirilməyib. Məlumata əsasən, Mübariz Mənsimovun vəkilləri, məhkəmənin sürətləndirilməsi məqsədilə artıq öz tələbnamələrini müvafiq instansiyalara çatdırıblar. Bütün bunlara baxmayaraq hüquqşünas ekspertlər bildirirlər ki, Mənsimovun saxlanılması səbəbləri hələ də qeyri-müəyyən olduğu kimi, məhkəmənin də necə nəticələnəyi bəlli deyil. Onların fikrincə, nəticədə bütün ümidlər yalnız güclü Türk ədalətinin düzgün və obyektiv qərar çıxaracağına qalır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]