Fazil Mustafa: “Hər bir sözümün arxasındayam…”

“Ayrı-ayrı fikirlərimi kontekstdən çıxarıb paylaşanlar, yaxud kampaniyanın içində yer alanlar: fərarilər, milli şuraçılar, qaragüruhçular, farsın nökərləri, sərdarlar, kəramətlər, əliəliyevlər, ağasiflər, qumlar, tozlar- daha kimlər, nələr bir-birinə lojistik dəstək verərək eyni fitin səsi ilə üzərimizə gəlmişlər. Azərbaycan şairi Xətai yaxşı demiş: "Afərin ol başə ki, min başə bir baş oynadır". Diqqət yetirin, bu uca millətə, bu böyük xalqa təhqir sayılacaq bircə cümləmi tapıb çıxara bilmədilər”.

AKTUAL TV -nin xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F.Mustafa qeyd edib ki, yalandan quraşdırırlar, alınmır: “Ayrı-ayrı adamlara ünvanlanan sərt və həm də təhqirlərə cavab sözlərimi o üzünə, bu üzünə çevirsələr də, yenə bir şeylər tapa bilmədilər. Bilməyəcəklər də. Çünki bunların topasına bu xalqın, millətin dəyərlərindən dərs keçərəm. Məntiqdən xeyli zəifdirlər, böhtanı, şantajı öyrəniblər, onu da səviyyəli aparmağa ağılları yetərli deyil. Hər bir sözümün arxasındayam, söylədiyim hər bir fikir də ancaq millətimin faydasınadır. Karantin dövründə bəzi ifadələrim həqiqətən sərtdir, ancaq bunlar da intizamlı davranmamız üçün vacib olduğuna görə söylənmişdir. Haqlı mövqedə olanda min dənə yararsız başı bir yerə yığıb futbol topuna çevirirsən. Dostlar, möhkəm olun, bu bir milli davadır, bu küyə gedənlərə, öz dövlətinin çökməsini arzulayanlara qarşı hələ xeyli sürprizlərim olacaq…”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]