Elçin Quliyevdən xəbər var

2020-ci ilin 22-23 iyun tarixlərində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yox­lamışdır.

DSX-dan AKTUAL TV -yə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icra vəziyyəti öyrənilmiş, təmas xəttində döyüş mövqelərində xidmətdə olan sərhədçilərlə görüşülmüş, xidməti və yaşayış şəraitlərinə, yeni yaradılmış döyüş möv­qe­lərinə və məntəqələrinə, yeni salınmış yollara və qoruyucu sədlərə baxış keçirilmişdir.

“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətinin təşkili, zəruri sərhəd mü­hafizə və müdafiə infrastrukturunun təkmilləş­dirilməsi, hərbi hissələrin və qarni­zon­ların tikintisi üzrə görülən işlər nəzərdən keçi­rilmiş, döyüş hazırlığının yük­səldilməsi, dövlət sərhədinin toxunul­mazlığının və şəxsi heyətin təhlü­kəsizliyinin təmin edilməsi istiqa­mətində zəruri göstərişlər verilmişdir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]