Gəncədə qadından ŞOK əməl: Neft götürüb mağazaya gəldi və… TƏFƏRRÜAT

Gəncə şəhərində tanışının mağazasını yandırmaqda ittiham olunan 1954-cü il təvəllüdlü M.Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AKTUAL TV -nin xəbərinə görə, M.Əliyeva aralarında əvvələcədən borc mübahisəsi olan tanışı Sevda Məmmədovaya maddi zərər vurmaq məqsədi ilə 14 yanvar 2019-cu il tarixdə, saat 21.30-da onun icarə əsasında geyim əşyaları satdığı “Atabəy” adlanan mağazanın qarşısına gəlib.

M.Əliyeva özü ilə gətirdiyi nefti mağazanın giriş qapısının önünə və üzərinə dağıdaraq alışqanla od vurub.

Mağazanın bir hissəsi yandığı üçün mülk sahibi Rəhman Nəcəfova 20.000 manat, mağazanın içərisində olan paltar əşyaları yandığı üçün icarədarlar – Rauf Məmmədova 19300, Xumar Məmmədovaya isə 8404 manat maddi ziyan vurub.

İstintaq orqanı tərəfindən M.Əliyevanın barəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə – yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin hökmü ilə M.Əliyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, ona şərti cəza təyin olunub.

Hökmdən narazı qalan zərərçəkmiş Rəhman Nəcəfov apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsə 7 il cəza təyin olunmasını istəyib. Zərərçəkmişin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə gödərilib. Hakim Şamil Rzaquliyevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Zərəçəkmiş Rəhman Nəcəfovun verdiyi şikayət təmin edilməyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]