BMT Azərbaycana bu sahədə texniki yardım göstərəcək – RƏSMİ

Koronavirus pandemiyası ilə mübarizədə biz Azərbaycanla tərəfdaş olaraq iştirak edirik və Azərbaycanın yanındayıq.

AKTUAL TV xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai Operativ Qərargahın bugünkü brifinqində deyib.

Q.İsaqzai bildirib ki, bu məsələdə Azərbaycanın müvafiq qurumları – TƏBİB, Heydər Əliyev Fondu, Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq mövcuddur: “Əməkdaşlığın əsas məqsədi koronavirusla mübarizədə edilən texniki yardımdan Azərbaycanın da faydalanmasıdır. Biz çox konkret sahələrdə texniki yardımı təmin etmişik. Bu yardımlar ÜST vasitəsilə Azərbaycana çatdırılır” .

O qeyd edib ki, Azərbaycanda bu sahədə səlahiyyətli qurumlarla riskli olan sahələrdə bilik və bacarıqların təşkil olunmasında təlimlər təşkil olunur: “Bununla bərabər, müxtəlif kampaniyalara dəstək olmuşuq. “Təmiz əllər”, eyni zamanda, influserləri cəlb edərək insanlara məsuliyyətin aşılanmasına dəstək olmuşuq, həmçinin onlayn dərslərdə uşaqların iştirakına töhfələrimizi vermişik”.

İsaqzai əlavə edib ki, BMT TƏBİB və Səhiyyə Nazirliyini tibbi ləvazimatlarla təmin edib: “Hazırda İqtisadiyyat Nazirliyi və Nazirlər Kabineti ilə müzakirələr aparırıq. Əsas mövzumuz sosial iqtisadi vəziyyətin bərpası ilə bağlı Azərbaycana texniki yardımın göstərilməsidir”.

 

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]