AKTUAL TV xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.
“Biz evdə yalnız yüngül simptomu olan və simptomsuz xəstələrin müalicəsinə çalışırıq. Bu xəstələrdə hər hansı dərman vasitələrinin istifadəsi, demək olar, nəzərdə tutulmur. Qeyd edim ki, hazırda dünyada heç bir ölkədə xəstəliyin tam müalicəsi yoxdur. Xahiş edirəm ki, dərman preparatlarını həkim nəzarəti olmadan istifadə etməyin. Bu, ciddi fəsadlara səbəb ola bilər”, – TƏBİB rəsmisi qeyd edib.