AKTUAL TV xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və nəzarət şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.
O bildirib ki, TƏBİB yalnız tibb müəssisələrinə nəzarət edə bilər: “Biz yenə yalnız vətəndaşlara müraciət edə bilərik. İnsanı aldatmaq olar, amma virusu aldatmaq mümkün deyil. Hazırkı statistikamız da bunu göstərir. Qonşu ölkələrdə maskadan istifadə etməyənlərə hansı məbləğdə cərimələrin tətbiq olunduğunun şahidi oluruq. Qaydalar sərtləşdirildikcə vətəndaşlara təzyiq etmiş kimi oluruq. İnsanlar özü nəzarət etməlidir. Başqa ölkələrdə tətbiq olunan proseslərin bizim ölkəmizdə tətbiqi mümkündür”.