AKTUAL TV xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya müraciətində Cəlilabad rayon Adnalı kənd sakini Adışirin Əmirov deyib. O bildirib ki, 1992-ci il təvəllüdlü oğlu Emil Əmirlinin adına bundan öncə də 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsi tərəfindən ilkin tibbi müayinədən keçməsi tələbi ilə məktub təqdim olunub:
“Həmin vaxt oğlumla birlikdə sözügedən quruma müraciət edərək hərbi bileti təqdim etdik. Bizdən üzr istəyərək yanlışlıq olduğunu bildirdilər. Ancaq bir neçə gün bundan əvvəl analoji hadisə yenidən təkrarlandı. Bu dəfə xəbərdarlıq məktubunda əks halda 50 manat cərimələnəcəyi bildirilib. Artıq bu məsələnin birdəfəlik həllini tapmasını istəyirik”.